”Həkim Əfqan Muxtarlının şəkərinin təhlükəli həddə olduğunu deyib”

Jurnalistin apelyasiya şikayəti təmin olunmadı

Source:


Jurnalistin apelyasiya şikayəti təmin olunmadı

İyunun 23-də Bakə Apelyasiya Məhkəməsində Səbayel Rayon Məhkəməsinin Əfqan Muxtarlının həbsi haqda 16 iyun qərarından şikayətinə baxılıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti təmin olunmayıb.

Bu barədə Əfqan Muxtarlının vəkili Elçin Sadıqov məlumat yayıb.

Vəkil bildirib ki, iyunun 22-də jurnalistin şəkərini yoxlayıblar:

“Həkim onun şəkərinin çox yüksək və təhlükəli həddə olduğunu deyib. Ürək həkimi ona dərman yazsa da, həbsxana rəhbərliyi dərmanları ona verməyib”.

Jurnalist Əfqan Muxtarlı

mayın 29-u

saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.

Ana səhifəXəbərlər”Həkim Əfqan Muxtarlının şəkərinin təhlükəli həddə olduğunu deyib”