Həkim: Azərbaycanda böyrək xəstəliyi ”gəncləşib”

“İl ərzində uşaq urologiyası şöbəsinə 2100-dən çox xəstə müraciət edib”

Source:
Şahlar Nəsirov
Şahlar Nəsirov


“İl ərzində uşaq urologiyası şöbəsinə 2100-dən çox xəstə müraciət edib”

“Bu gün Azərbaycanda 100-dən çox xəstə böyrək köçürülməsindən ötrü növbə gözləyir”.

“Turan” İnformasiya Agentliyi yazır ki, bunu Respublika Uroloji Xəstəxanasının böyrək nəqli şöbəsinin müdiri Şahlar Nəsirov bildirib.

Sentyabrın 7-də böyrək xəstəliklərinə həsr olunmuş tədbirdə çıxış edən Ş.Nəsirov böyrək xəstəliyinin gəncləşdiyini deyib:

“Bu xəstəxanada ildə 1200-ə yaxın cərrahiyə əməliyyat edilir. Ötən il 500 uşaq əməliyyat olunub. İl ərzində uşaq urologiyası şöbəsinə 2100-dən çox xəstə müraciət edib”.

Hemodializ şöbəsinin müdiri Fariz Babayev isə bildirib ki, böyrək xəstəlikləri anadangəlmə və sonradan qazanılmış olur. Anadangəlmə xəstəliklər irsən keçir.

“Ölkədə böyrək ağrıları kəskinləşən xəstələrin sayı 10 minə yaxındır. Onların 3100-ü böyrək çatışmazlığı diaqnozu ilə hemodializ seanslarına cəlb olunub. Onlar arasında 15 yaşına qədər 6 uşaq var. Ən kiçik uşaq isə 6 yaşındadır”.

Hazırda Azərbaycanda böyrək köçürülən xəstələrin sayının 732 nəfər olduğu deyilir. Dövlət onların dərmanla təmin olunmasını öz üzərinə götürüb.

Ana səhifəXəbərlərHəkim: Azərbaycanda böyrək xəstəliyi ”gəncləşib”