Virusa yoluxanların sayı sağalanların sayından azdır
Mayın 9-da Azərbaycanda 660 adam COVID-19 infeksiyasına yoluxub, 1 539 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 326 716 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
"Onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 xəstə ölüb. Hazırda 15 917 nəfər aktiv xəstə var".
Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 testin icra olunduğu göstərilib.