Həftəsonu günləri üçün sərt karantin rejiminin şərtləri elan edilib

Baş nazir Əli Əsədov xalqa müraciətində bildirib ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi.

Source: Foto: google.az


İyunun 5-də qısaldılmış iş rejimi olacaq

Azərbaycanda 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək koronavirusa aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın

qərar

ında deyilir. Qərara əsasən, göstərilən ərazilərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq.

İstisna yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinə tətbiq ediləcək.

Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

Bundan başqa 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

Qeyd olunan günlərdə yalnız bu sahələr fəaliyyət göstərəcəklər:


  • xəstəxanalar, təcili tibbi yardım müəssisələri;


• sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;


• kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);


• elektrik enerjisinin istehsalı və təchizatı;


• meliorasiya və su təsərrüfatı;

karantin.jpg
karantin


• rabitə xidmətləri;


• teleradio yayımçılar (televiziya və radio kanalları, kabel televiziyaları);


• dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;


• boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;


• fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);


• neft və qazın hasilatı, emalı, saxlanması və satışı;


• fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.

Baş nazir Əli Əsədov xalqa müraciətində bildirib ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi.

“Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artdı. Qərara əsasən Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir. Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaq. Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub”, – Əli Əsədov deyib.

Ana səhifəSosialHəftəsonu günləri üçün sərt karantin rejiminin şərtləri elan edilib