Koronavirus

Mənbə: Meydan TV

Başlıq: Koronavirus

Həftəsonu Azərbaycanda 29 nəfər koronavirusdan ölüb

Məqalə yeniləndi:  25 Aprel 2021

Yoluxma sayı sağalanların sayından çoxdur

Aprelin 25-də Azərbaycanda 1541 adam COVİD-19 infeksiyasına yoluxub, 2245 nəfər müalicə olunaraq sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ Qərargah analiz nümunələri müsbət çıxan 29 nəfərin vəfat etdiyini bildirib.

Qərargah Azərbaycanda indiyədək 313 006 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 279 179 nəfər müalicə olunaraq sağalıb, 4 371 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 29 456 nəfərdir".

Eyni zamanda, son sutkada 11 492, hazırkı dövrədək isə 3 189 536 testin aparıldığı göstərilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  25 Aprel 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ihy5at

Ən çox baxılan