Həftəsonu 156 şəxs koronavirusa yoluxub, 3 nəfər ölüb

”Hazırda aktiv xəstə sayı 2170 nəfərdir”.

Foto: Meydan TV


Sağalanların sayı 142 nəfərdir

Fevralın 21-də Azərbaycanda 156 adam COVİD-19 infeksiyasına yoluxub, 142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda 3 nəfərin öldüyü qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 233 min 129 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 227 min 761 nəfər müalicə olunaraq sağalıb, 3198 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2170 nəfərdir".

Qərargah ötən müddətdə 2 milyon 551 min 116 testin aparıldığını xatırladıb: "Bugünkü test sayı isə 7236-dir".

Ana səhifəSosialHəftəsonu 156 şəxs koronavirusa yoluxub, 3 nəfər ölüb