Koronavirus

Mənbə: Meydan TV

Başlıq: Koronavirus

Həftənin ilk günü ölkədə virusdan 19 nəfər ölüb

Məqalə yeniləndi:  3 May 2021

Sağalanların sayı yoluxanlardan çoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 418 yeni yoluxma faktı qeydə alınıb, 1 095 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 321 798 nəfər koronavirusa yoluxub. Onlardan 294 784 nəfər müalicə olunaraq sağalıb, 4 580 nəfər vəfat edib, aktiv xəstə sayı 22 434 nəfərdir.

Azərbaycanda son gün ərzində 5 180, hazırkı dövrədək isə 3 267 835 test aparılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  3 May 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/47jd7k

Ən çox baxılan