İlk baxışdan bir-biri ilə heç bir əlaqəsi olmayan iki hadisə cavab vermək arzusu doğurdu: birincisi, mənə belə hallarda xas olan qəzəb duyğusu idi ki, bu da Azərbaycan hakimiyyəti tərəfindən ölkə vətəndaşının, üstəlik Əkrəm Əylisli kimi məşhur yazıçının ölkədən xaricə heç bir ciddi izah verilmədən buraxılmaması ilə bağlıydı. İkincisi, bu hadisədən bir neçə gün sonra Qarabağdakı konfliktin hərbi münaqişəyə çevrilərək, ciddi həyacan hissini itirməsiydi.
Bütün bunlar kədərlidir, faciəvidir, mən bu hadisələrə filosofluq etmədən yanaşa bilmirəm. Bu, mənim vətənim, tarixi yaddaşım, yaxınlarımdır. Amma mən həm də bu ağlasığmaz düşmənliyin, bu düşmənçiliyin azərbaycanlılar və ermənilər arasında belə dolğun şəkildə kök almasının qarşısını ağılla, düşüncə ilə ala bilmirəm. Səmimi olsaq, deyə bilərik ki, bu çoxillik konflikt orda da, burda da dövlətlərin deqradasiyasına gətirib çıxarıb. Odur ki, nə qədər qəribə olsa da, ümidlər ancaq daha nüfuzlu müttəfiqlərədir: bəlkə onlar qış yuxusundan oyanıb, güclərini aktivləşdirələr? Dava edənləri bir-birini məhv etməməyə çağıralar? Tərəfləri məsələni ədalətlə həll etməyə məcbur edələr?..
Əsrlərlə yoxlanmış fikirdən yapışıram: bəlkə indi, məhvedici təhlükələr artan zamanda ən düz olanı ermənilər tərəfin “ölərik, geri çəkilmərik” və bizimkilərin “öləcəyik, amma torpaqlarımızı azad edəcəyik” qışqırtıları altında eşidilmək ümidi ilə inildəmək, qışqırmaqdır?
Bəlkə çıxış yolu bizim ümumi mədəniyyətimizi vurğulamaqdır – axı biz illər uzunu bir yerdə, əmin-amanlıq içində yaşamışıq?Amma bu da var ki, dünyaya əbədi qurbanlar maraqlı deyil, ona keçmişdə də olsa, pozitivlik lazımdır… Amma ağlı başında olanların səsini eşidəcək kim var ki?
Xatırlatdığım hadisələr öz miqyasına görə müqayisə olunmazdır- biri fövqəlvacib olsa da, şəxsi məsələdir, digərində isə qan, insan qurbanları var. Amma bunların arasında dolayı olsa da, bir növ əlaqə var. Üstəlik, birinci hadisəni törədən təbliğatçılar plakat idi – o plakat ki, üstündə iki sima həkk olunmuşdu: hakimiyyətin istəyinə görə qəhraman elan olunmuş (balta ilə erməni hərbçisini öldürdüyünə görə) hərbçi Ramil Səfərov və özünün “Daş yuxular” povestində azərbaycanlıları ermənilərin qatili kimi qələmə verən, buna görə də onu əvvəl qucağında isitmiş, Xalq yazıçısı adı vermiş Əkrəm Əylisli. Onun ölkədən çıxışına qoyulan qadağa da elə bununla bağlıdır.
Nə etməli? Həftənin hər iki hadisəsi ilə bağlı fikirlərimi deyim. Hər şeydən əvvəl, müharibə ilə bağlı.
Əgər müharibə (hətta ermənilərin işğal elədiyi Azərbaycan torpaqlarının azad olunması uğrunda) ramil səfərovlar ovqatında vətənpərvərliyin təntənəsi elan olunursa, mən belə müharibəni qınayıram və Qarabağ daxil olmaqla, heç bir konfliktin həlli kimi qəbul eləmirəm. Biz indiki, Ukraynadakı, Suriyadakı müharibələri görürük, onlar mənasız, qanlı, fırıldaq, dağıdıcı müharibələrdir və heç bir izahı yoxdur. Bu müharibələrə haqq qazandırmaq mümkün deyil, bunlar insanlıq qarşısında cinayətdir.
Belə şərtlər altında müharibə mənasızdır. Bəli, Qarabağ konfliktinin iyirmidən çox yaşı var. Bəli, çoxdan razılığa gəlmək olardı, amma əgər indiyə kimi heç nə həll olunmayıbsa, müharibə də heç nəyi həll etməyəcək. Mühairbə konflikti daha da körükləyəcək, xalqlar ağır dərdlərə, dağıntılara, məhvə düçar olacaq, xaos baş alıb gedəcək. Buna görə də, ən ağlabatan fikir danışıqlar nə qədər uzansa da, soyuq başla davam elətdirmək lazımdır. Bunun başqa yolu yoxdur.
İndisə Əkrəm Əylisli barədə. Zamanında yazıçının status və istedadını müdafiə edərək, onun adıçəkilən əsərini estetik şedevr adlandırmışdım. Bununla belə, onu yarimhəqiqət hesab edərək, əsərin kosepsiyası ilə razı olmadığımı da bildirmişdim.Tam həqiqət isə ancaq ikinci belə bir roman, amma erməni yazıçısının qələmindən çıxandan sonra bərqərar ola bilər. O erməni yazıçısının ki, öz həmvətənlərinin, ermənilərin Xocalıda törətdiklərini Əkrəm Əylisli kimi yanğılı halda təsvir eləsin, onları tarix qarşısında belə ittiham etsin. Belə bir dialoq olsaydı, biz, düşünürəm ki, xalqların axır ki, ortaq dil tapdığına inana bilərdik. Amma….nə qədər ki müharibə gedir….bu qeydlər yarımçıq qalmağa məhkumdur…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…