Həcc ziyarətinin qiyməti məlum oldu

Bir nəfərlik ziyarət paketi 8 min manata yaxın olacaq

Source:
Kəbə
Kəbə


Bir nəfərlik ziyarət paketi 8 min manata yaxın olacaq

2017-ci ilin Həcc ziyarəti azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq. Ziyarətlər təyyarə səfərləri ilə həyata keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ziyarət şöbəsi artıq sənəd qəbuluna başlayıb. Məlumatı APA yayıb.

Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dollarıdır (7600 manata yaxın). Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulub.

Zəvvarlardan sənəd qəbulu üçün xarici pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4×6 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Həcc ziyarətinə sənəd qəbulu yalnız İdarənin Təzəpir kompleksinin yanında yerləşən Ziyarət şöbəsində aparılır.

Ana səhifəXəbərlərHəcc ziyarətinin qiyməti məlum oldu