”Heç vaxt ağlımıza gəlməzdi ki, Şuşa işğal olunar”

1992-ci ilin mayın 8-nə keçən gecə Şuşanı Ermənistan Silahlı Qüvvələri işğal edib.

Şuşaya hücum əmrini aprelin 27-də Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan imzalayıb.

Şuşa Azərbaycanın Qarabağ bölgəsinin ən yüksək nöqtəsidir. Strateji yerləşməsi də Şuşanın işğal səbəblərindən biridir.

Rəsmi rəqəmlərə görə, o gecə Şuşa 195 nəfər itki verib, 55 nəfər əsir düşüb və ya girov götürülüb.

İşğal nəticəsində 552 uşaq valideynlərindən birini, yaxud hər ikisini itirib. Azərbaycanın müxtəlif bölgələrində (əsasən, Bakıda) 22 minə yaxın şuşalı məcburi köçkün həyatı yaşayır.

İşğal zamanı və ya işğaldan sonrakı dövr ərzində şəhərdə 300-dən artıq mədəni abidə dağıdılıb.

Hazırda 289 kv kilometr ərazisi olan Şuşa Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir.

Ana səhifəVideo”Heç vaxt ağlımıza gəlməzdi ki, Şuşa işğal olunar”