”Heç nəyə görə peşman deyiləm”

Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər son söz dedi

Source:
Rasim Əliyevin valideynləri
Rasim Əliyevin valideynləri


Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər son söz dedi

Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilən şəxslərdən Kənan Mədətov və Arif Əliyev son söz deyiblər. Prosesdə iştirak edən Meydan TV əməkdaşının sözlərinə görə, Arif Əliyev ədalətli məhkəmə hökmünün çıxarılmasını istəyib. Kənan Mədətov isə heç nəyə görə peşman olmadığını deyib: “Peşman o adam olar ki, günahı olsun”.

Digər təqsirləndirilən şəxslər çıxışa hazır olmadıqlarından proses martın 31-dək təxirə salınıb.

Fevralın 23-də keçirilən  prosesdə dövlət ittihamçısı çıxış edib. O, Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Rasim Əliyev xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Hazırda Səbail rayon Məhkəməsində Cavid hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Ana səhifəXəbərlər”Heç nəyə görə peşman deyiləm”