“Həbsim siyasidir, məqsəd araşdırmalarımı dayandırmaq olub”

Xədicə İsmayılın vəsatətləri təmin olunmadı

Source:

Xədicə İsmayılın vəsatətləri təmin olunmadı

Oktyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə araşdırmaçı-jurnalist Xədicə İsmayılın şikayətinə baxılıb.

Prosesi Avropa Birliyi, Norveç, İngiltərə və ABŞ səfirliklərinin nümayəndələri də müşahidə edib.

Prosesin başlanğıcında hakim Xədicə İsmayıldan məhkəmə heyətinə etirazının olub-olmamasını sual edib. Məhbus jurnalist “Azərbaycan məhkəmə sistemində ədalətli hakim olmadığı üçün mənim üçün heç bir fərqi yoxdur” deyə cavab verib.

Vəkil Fəxrəddin Mehdiyev jurnalistin şüşə qəfəsdən çıxarılması vəsatətini qaldırıb və bunu onun hakimi eşitməməsi ilə əlaqələndirib. Amma dövlət ittihamçısı Abbas Abbaslı şüşə qəfəs təqsirləndirilən şəxslər üçün ayrılan yer olduğunu deyərək vəsatətə etiraz edib. Hakim də prokuroru dəstəkləyib: “Həmin yer beynəlxalq standartlara uyğundur”.

İkinci vəsatət Xədicə İsmayılın ev dustaqlığına buraxılması barədə olub. Jurnalist bildirib ki, o, heç vaxt istintaqdan yayınmayıb, prokurorluq nə vaxt dəvət edib gedib. Hətta xaricdə olanda da həbs təhlükəsini bildiyi halda vətənə qayıdıb. Ancaq dövlət ittihamçısı bu vəsatətin də rədd olunmasını istəyib.

Üçüncü vəsatət yenidən məhkəmə istintaqının getməsi ilə bağlıydı. Bu vəsatət də təmin olunmadı.

Jurnalist vəkil Yalçın İmanovun yenidən onun müdafiəsinə qayıtması vəsatətini qaldırsa da rədd olunub.

Proses zamanı jurnalist çıxışının dayandırılmasına etiraz edib. O, bildirib ki, birinci instansiya məhkəməsində də bu cür münasibət olub və son sözünü deməyə icazə verməyiblər: “Çünki həbsim siyasidir, məqsəd araşdırmalarımı dayandırmaq olub, hətta “karsa” da salınıb töhmət almışam”.

Proses oktyabrın 29-a qədər təxirə salınıb.

Ana səhifəXəbərlər“Həbsim siyasidir, məqsəd araşdırmalarımı dayandırmaq olub”