Həbsdə özünə xəsarət yetirən sabiq MTN zabiti azadlığa buraxılıb

O.Osmanov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəmələrə müraciət etmişdi.

Source: google.az
undefined.jpg
Həbsxana


Ali Məhkəmə onun vaxtından əvvəl buraxılma barədə ərizəsinə “yox” cavabı verəndə cəzasının başa çatmasına bir aydan da az qalmışdı

Həbsdə olan sabiq MTN zabitlərindən daha bir nəfər – nazirliyin Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin 3-cü idarəsinin 1-ci şöbəsinin rəis müavini olmuş Orxan Osmanov azadlığa çıxıb.

2015-ci ilin oktyabrında MTN-də Eldar Mahmudov da daxil, çoxsaylı şəxslərin vəzifədən çıxarılması, 20-dən artıq adamın həbsi ilə nəticələnən əməliyyatdan sonra cəzalandırılanlardan biri də O.Osmanov idi. General Akif Çovdarov, polkovnik Səlim Məmmədov və Akif Əliyevlə birlikdə mühakimə olunan O.Osmanova 4 il həbs cəzası verilmişdi. Bu müddət də artıq başa çatıb.

O.Osmanov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəmələrə müraciət etmişdi. Lakin onun bu haqda ərizələri təmin edilməmişdi. Ali Məhkəmə onun vaxtından əvvəl buraxılma barədə ərizəsinə “yox” cavabı verəndə cəzasının başa çatmasına bir aydan da az qalmışdı.

O.Osmanov 2015-ci ilin oktyabrında həbsindən sonra Bakı istintaq təcridxanasında ِözünə xəsarət yetirmiş, başını divara çırpıb partlatmışdı.

O.Osmanova qarşı irəli sürülən ittihamlardan biri də “Bakı Metropoliteni”nin keçmiş rəhbəri Tağı Əhmədovun qohumlarının MTN-də dِöyülüb, onlardan T.Əhmədovun əleyhinə ifadə almaq cəhdi barədə idi.

O.Osmanov özünü təqsirli bilmirdi.

O.Osmanovun mühakimə olunduğu qrupdakı sabiq MTN-çilərdən general Akif Çovdarov 12 il, polkovnik Səlim Məmmədov 11, mayor Akif Əliyev isə 5 il azadlıqdan məhrum edilib.

Ali Məhkəmə Akif Əliyevin cəzasını 3 il 6 aya endirib və o, bu il mayın əvvəlində azadlığa buraxılıb. Akif Çovdarovun işinə isə hələ də Ali Məhkəmədə baxılır.

Ana səhifəSiyasətHəbsdə özünə xəsarət yetirən sabiq MTN zabiti azadlığa buraxılıb