Həbsdə olan üç hüquq müdafiəçimiz “Saxarov” mükafatına namizəd oldu

“Onları namizəd irəli sürməklə Avropa Parlamenti Azərbaycan hakimiyyətinə aydın mesaj göndərib”

Source:


“Onları namizəd irəli sürməklə Avropa Parlamenti Azərbaycan hakimiyyətinə aydın mesaj göndərib”

Avropa Sabitlik Təşəbbüsü üç azərbaycanlı hüquq müdafiəçisini Avropa Parlamentinin “Saxarov” mükafatına namizəd irəli sürüb.

Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevin bu mükafata namizədliyi insan hüquqları, demokratiya və əsas azadlıqların müdafiəsi işində böyük xidmətlərinə görə irəli sürülüb.

Avropa Sabitlik Təşəbbüsünün press-relizində hər bir namizədin konkret fəaliyyət sahəsi və xidmətləri sadalanır. Hər üç hüquq müdafiəçisinin ölkədə özbaşınalığa, korrupsiyaya, insan hüquqlarının pozulmasına qarşı mübarizə cəhdlərinə görə Azərbaycan hakimiyyəti tərəfindən repressiyaya məruz qaldığı vurğulanır.

“Onları “Saxarov”  mükafata namizəd irəli sürməklə Avropa Parlamenti Azərbaycan hakimiyyətinə aydın mesaj göndərib”, – deyə press-relizdə qeyd edilir.

1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilmiş Saxarov adına mükafat hər il insan hüquqları, demokratiyanın inkişafı və qanunun aliliyi, azlıqların hüquqlarının müdafiəsi sahəsində nailiyyətlərə görə təqdim edilir.

Qalib haqqında qərar ilin sonunda qəbul ediləcək (Turan İA).

Ana səhifəXəbərlərHəbsdə olan üç hüquq müdafiəçimiz “Saxarov” mükafatına namizəd oldu