Həbsdə olan Şəfəq Ağacan aclıq aksiyasını dayandırıb

Şəfəqin ürəyində problemlər var, hətta komaya düşüb, kənardan həkim gətirilib

Source: google.az


''Onun ürəyində problemlər var''

Hәbsdә olan “BakuPress.az” saytının baş redaktoru Şәfәq Ağacan (Ağabalayeva) mayın 23-də aclıq aksiyasını dayandırıb.

Bu barədə Meydan TV-yə onun bacısı Günay Ağabalayeva danışıb.

Günay Ağabalayeva bildirib ki, bacısı səhər saat 10.30-da aclıq aksiyasını dayandırıb, səbəb səhhəti ilə bağlıdır:

“Şəfəqin ürəyində problemlər var, hətta komaya düşüb, kənardan həkim gətirilib. Hazırda səhhəti normallaşıb”.

O, bacısının mayın 20-dən aclıq aksiyasına başladığını

deyib

.

Şəfəq Ağacan qızı Ağabalayeva mayın 1-i Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, marixuana satışında ittiham olunur.


Mayın 2-dә

Xәtai Rayon Mәhkәmәsi Ağabalayevanın barәsindә 3 aylıq hәbs qәtimkan tәdbiri seçib.

43 yaşlı Ş.Ağacan şərləndiyini bildirir.

Ana səhifəXəbərlərHəbsdə olan Şəfəq Ağacan aclıq aksiyasını dayandırıb