Vəkili aksiyanın dayandırılmasında təkid edib
“Realliq.info” saytının həbsdə olan redaktoru İkram Rəhimov yanvarın 28-də aclıq aksiyasını dayandırıb.
Yanvarın 21-dən
müddətsiz aclıq aksiyasına başladığını elan edən İkram Rəhimov vəkili Elçin Sadıqovun təkidindən sonra bu qərara gəlib.
Bu barədə Meydan TV-yə danışan redaktorun yaxınları bildirib ki, vəkil Elçin Sadıqov dünən onunla iki dəfə görüşüb:
“İkram Rəhimovun vəziyyəti kritik həddə çatmışdı, aclığı dayandırmasaydı, daha da ağırlaşa bilərdi”.
İ.Rəhimov 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. İ.Rəhimov ittihamları rədd edir.