“Həbsdə olan qadın tabudur, ailə üçün rüsvayçılıqdır və “tərk edilmiş əşyadır”

Source:

Məqalə

Hromadske

saytında dərc olunub

Kiçik, işıqlı otaq sadə döşənib: balaca xalça, ucuz mebel, ağ, görkəmsiz soyuducu və körpənin bələnməsi üçün stol. Onun yanında uşaq arabası və uşaq çarpayısı, stolun üstündə — 90-lardan qalan, xüsusi parlaqlığıyla seçilən gül buketinin fotosu əks olunmuş kiçik plakat, otağın küncündə biraz yuxarıdakı rəfdə isə — post-sovet dövrünün izlərindən — bir neçə adi ikona.

Bu şərait köhnə ailə yataqxanalarından bir otaq təəssüratı yaradır: burada kasıblıq hökm sürür, lakin təmiz və səliqəlidir, sanki kimsə onlar — ana və körpəsinin minimum ehtiyacını təmin etmək üçün əlindən gələni edib. Və yalnız solğun, çəhrayı pərdə həqiqəti ortaya qoyur: bu adi güzəranı pəncərənin arxasındakı azad dünyadan ayıran ağ rəngli dəmir barmaqlıqlar görünür. Bu, qadınların uşaqlarıyla birgə saxlanıldığı Ukrayna İstintaq Təcridxanalarından biridir.

“İstintaq təcridxanalarının 1 “uşaqlı” kamera məhdudiyyəti var, buna görə də hər birində anaları uşaqlarından təcrid etmək üçün müxtəlif bəhanələr uydururlar”, — amerikalı fotoqraf Mişa Fridman danışır. O, “New Yorker”, “Time Magazine”, “Spiegel”, “Le Monde”, “Amnesty International”, Sərhədsiz Həkimlər və digər yerlərdə dərc olunan fotolayihələri ilə məşhurdur; bu il Fridman Ukraynada yerləşən 11 qadın həbsxanasında olub.

“Burada mən 3 yaşa qədər uşaqlarıyla birgə yaşayan qadınların saxlanıldığı həbsxanaları gördüm”, — Fridman deyir. Fotoqraf əminliklə deyir ki, hamıdan çox onların taleyi bu gün Ukrayna cəzaçəkmə müəssisələrində baş verənləri əks etdirir. Buna görə də onlar fotoqrafın yeni sənədli layihəsinin baş qəhrəmanları olub.

“Uşaqların anaları ilə birgə tikanlı məftillərin əhatəsində saxlanmasının yaxşı və ya pis olmasıyla bağlı fikir bildirmək üçün hazır deyiləm”, — deyir Fridman: “Mənim vəzifəm bu halın mövcud olduğunu və Ukrayna cəzaçəkmə sisteminin islahatı kontekstində bununla necə məşğul olunduğunu göstərməkdir, çünki məhz uşaqların vasitəsilə bu islahatları müşahidə edə bilərsiz.

Həbs-qətimkan tədbiri qaydaları


5 ilədək

həbs cəzasına məhkum edilən hamilə qadınlar və ya

7 yaşınadək

uşaqları olanlar məhkəmə qərarıyla əsas və əlavə edilən cəzadan azad oluna bilər (Ukrayna Cinayət Prosessual Məcəlləsinin (CPM) 79-cu maddəsi). Bununla birgə, onlara sınaq müddəti verilir və bu prosesə nəzarət inzibati cəzalar üzrə səlahiyyətli orqanlara həvalə edilir.

Ancaq xüsusilə ağır cinayətlərə görə mühakimə olunanlar və

5 ildən çox

müddətə hökm verilənlər, bir qayda olaraq, cəzaçəkmə müəssisəsinə yollanırlar. Ukraynada

9

belə müəssisə var.

Məhkum edilmiş hamilə qadınlar, həmçinin 3 yaşdan kiçik uşaqları olanlar, uşaqlarıyla birlikdə cəzaçəkmə müəssisələrində olan

uşaq evlərində

yaşaya bilərlər. (CPM, 141-ci maddə, 2-ci hissə). Ukraynada Çerniqov, Qara dəniz və Kamyan islah müəssisələri var.

Bu müəssisələrdə cəmi

25 uşaq

var (Ədliyyə Nazirliyinin Dövlət Penitensiar Xidmətinin verdiyi məlumata əsasən).

3 yaşından kiçik uşaqlarıyla birlikdə həbs olunan qadınlar da istintaq təcridxanasında və təcridxana funksiyalı cəzaçəkmə müəssisələrində saxlanıla bilərlər (istintaq təcridxanasında saxlanma haqqında Qanunun 9-cu maddəsi). Bu gün Ukraynada 11 belə qadın var.

Həbs müddətinin bitməsinə bir ildən az qalıbsa, 3 yaşdan yuxarı uşağın anasıyla birlikdə qalması ananın azad olunmasına qədər uzadıla bilər. Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, 2016-2018-ci illərdə 63 belə qadın cəzaçəkmə müəssisələrindən azad edilib. Həmin dövrdə cəmi 4 uşaq qohumlarının himayəsinə verilib.

Həbs müddətinin bitməsinə bir ildən artıq qalıbsa və uşağı götürmək üçün heç kim yoxdursa, 3 yaşdan böyük uşaqlar uşaq təhsil müəssisələrinə göndərilir. Ukrayna Dövlət Penitensiar Xidmətinin verdiyi məlumata əsasən, 2016-2018-ci illərdə 6 bu cür hal qeydə alınıb.

Pis hekayələr

Mişa Fridman deyir ki, məhbusların arasından bir ana xüsusilə onun xatirində qalıb — onun olduqca yaxın planda şəkillərini çəkib, qadın isə uşağın portretini çəkməsini istəyib.

“Soruşdum ki, niyə. Dedi ki, uşağın 3 yaşı tamam olmasına az qalıb, əlindən alacaqlar, o isə hələ 9 il burada qalacaq. O, (böyük ehtimal — red.) qətl törətdiyi üçün həbs olunub. Bütün bunlar — pis hekayələrdir, — deyə o bildirir. Onlarda yaxşı bir şey yoxdur”.

Fotoqrafın sözlərinə görə, onu ən çox təəccübləndirən hal isə qadınların görüşünə heç kimin gəlməməsi olub:

Kişilərin olduğu həbsxanalara və istintaq təcridxanalarına görüşə gələnlərin sayı ilə qadınlarla görüşə gələnlərlə arasında çox böyük fərq var. Qadınları tərk edirlər. Fərqi yoxdur – ilk dəfə həbs olunub ya resividistdir, həbsdə olan qadın – tabudur, ailə üçün rüsvayçılıqdır və “tərk edilmiş əşyadır.

“İşgəncələrsiz Ukrayna” ictimai birliyinin rəhbəri Aleksandr Qatiyatullinin sözlərinə görə, bu fenomeni izah etmək çətindir — “cəmiyyətin mentaliteti belədir” deyir və gülərək əlavə edir — “bununla yanaşı, bir kişi məhkumun beş il ərzində beş dəfə boşandığı və evləndiyi faktını bilirəm. Qadınlarda hər şey daha mürəkkəbdir. Bəlkə də ayrı-ayrı maarifləndirici verilişlər hazırlamaq lazımdır, qadınların yenidən sosiallaşması üçün dövlət şərait yaratmalı, ailəsini qorumaq hüququnu təmin etməlidir. Müəssisə rəhbərliyi qadınların xarici dünya ilə əlaqə qurmasına köməklik göstərməlidir.

Qatiyatullin bildirib ki, Ukrayna həbsxanalarında qadınların uşaqlarıyla birgə saxlanılması BMT-nin müəyyən etdiyi Banqkok qaydalarına əsasən təşkil olunmalıdır (qadın məhkumlarla münasibətə və müəyyən qaydaları pozan ancaq azadlıqdan məhrum edilməyən qadınlara tətbiq olunan cərimələrə dair qaydalar):

Fikrimcə, bu sənəd heç kim tərəfindən xüsusi olaraq təhlil edilməyib, baxmayaraq ki, qadınlar və uşaqlarla bağlı bəzi normalar müəyyənləşdirilib. Əvvəllər (Sovet dövründə) ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələri var idi. 2016-ci il islahatına qədər belə idi. İndi müəssisələr təhlükəsizlik səviyyələrinə görə bölünürlər: maksimal, orta, minimal. Ancaq qadınlarda belə deyil, ancaq minimal və orta təhlükəsizlik səviyyələri var. Yəni, ömürlük həbs cəzasına məhkum edilən qadınlar da orta təhlükəsizlik səviyyəli müəssisələrdə qalırlar.

Qatiyatullin həm də uşaqların 3 yaşı bitmədən əvvəl analarının onları uşaq bağçasına yazdırması üçün qısamüddətli məzuniyyət hüququnu xatırladır. Eyni qayda hökmün sona çatmasından əvvəl məşğulluq üçün tətbiq edilir — azad edilməzdən əvvəl məhbus iş tapmaq üçün 10 günlük məzuniyyət ala bilər.

“Nümunəvi davranışı ilə fərqlənən və 3 yaşdan kiçik uşaq sahibi olan qadınlara da müəssisədən kənarda yaşamaq üçün icazə verilir, — deyə Qatiyatullin bildirib. Amma hələ heç kimin bundan istifadə etmədiyini düşünürəm. Hələ ki, beləsi qarşıma çıxmayıb. Bəlkə xəbərləri yoxdur (bu imkandan – red.), bəlkə yaşamağa yerləri yoxdur, bəlkə başqa səbəblər var”.

Ədliyyə Nazirliyi Dövlət Penitensiar Xidməti 3 yaşınadək uşağı ilə cəza çəkən heç bir qadının bu hüquqdan istifadə etmədiyini təsdiqləyib. Səbəbini soruşduqda Penitensiar Xidmət bildirib ki, bunun üçün müəyyən pul vəsaiti tələb olunur, məhkumların isə özlərini və uşaqlarını cəzaçəkmə müəssisəsindən kənarda təmin etməyə imkanları sadəcə olaraq yoxdur.

Həbsxana əhalisi

Hüquq müdafiəçilərinin sözlərinə görə, son illərdə Ukraynada həbsxanalarda cəza çəkənlərin sayı

azalıb

. Bu, Ukraynanın Cinayət Prosessual Məcəlləsində dəyişikliklərlə əlaqədar və Savçenkonun qanunu ilə bağlı olub (qanun layihəsinin müəlliflərindən biri — hal-hazırda dövlətə xəyanətdə, dövlət çevrilişində və terakt hazırlamaqda günahlandırıan fraksiyasız deputat Nadejda Savçenko, — bu qanuna görə istintaq təcridxanasında keçirilən bir gün məhkəmə tərəfindən iki gün olaraq qeydə alınır).

Beləliklə, 2012-ci ildə Ukraynada

154 029 məhbus

(ümumi rəqəm) var idi, 2018-ci ildə –

56 638

.

Bu ilin ilk yarısına olan məlumata görə,

1803 qadın

həbs cəzası çəkir.

İyulun 1-nə olan məlumata əsasən, ömürlük həbs cəzasına məhkum olanların ümumi sayı 1544 nəfərdir, onlarda

22-si qadındır

; istintaq təcridxanalarında 17 760 nəfər saxlanılır, onlarda

1016-sı qadındır

.

Həmçinin 2015-2018-ci illərdə Ukraynada Penitensiar Xidmətinin islahatı çərçivəsində

12 islah müəssisəsi bağlanıb

(Ədliyyə Nazirliyinin verdiyi məlumat – red.).

Humanizm cəhdləri

“İslahat tədbirləri və humanistləşdirmə cəhdləri 2016-cı il islahatlarından əvvəl də həyata keçirilirdi”, — Aleksand Qatiyatullin deyir: “AİHM-in bir çox qərarı olduğu üçün Cinayət Məcəlləsi hələ əvvəlki iqtidarın vaxtında dəyişmişdi”. Ukrayna Dövlət Penitensiar Xidməti 2016-ci ilin may ayında ləğv edildi. Onun funksiyaları Ədliyyə Nazirliyinə həvalə edildi. Sınaq müddəti xidməti inkişaf etdirilməyə başlandı, 2016-cı ildə müvafiq qanun qəbul edildi. “O zamandan bəri islahatlar gedir, ofislər dəyişir, amma bu sistemin necə, hansı istiqamətdə inkişaf edəcəyi hələ də məlum deyil”, — Qatiyatullin deyir. O hesab edir ki, bütün bunlar məhkum qadınlara və uşaqlarına çox da təsir göstərməyib. Və islahat çərçivəsində həll olunmalı bir çox məsələ hələ də qalır.


Məsələn, 10 günə qədər qısa müddətli məzuniyyəti 3 yaşınadək uşaqları olan qadınlar götürə bilər, hamilə olanlar isə yox. Qanunda bu qeyd edilməyib. Qatiyatullin başqa bir nümunə verir: “Cəzaçəkmə müəssisəsinə girərkən qadınlara baxış keçirilməlidir, ancaq bunun tibb bacısı və ya qadın həkim olması ifadə edilməyib. Bu halda, deyək ki, baxışı kişi-feldşer həyata keçirəcək. Bizim isə qadına loyal münasibətə ehtiyacımız var, sosiallaşma proqramlara ehtiyacımız var ki, qadın həbsdən qəzəbli birinə çevrilmiş olaraq çıxmasın. Bir ölkənin həbsxanalarına baxıb, cəmiyyətin yetkinliyi və ümumilikdə ölkə haqqında fikir bildirmək olar”, — deyə o bildirib.

Bu fotohekayə üzərində iş Pulitzer Mərkəzi tərəfindən qismən maliyyələşdirilib


“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəXəbərlər“Həbsdə olan qadın tabudur, ailə üçün rüsvayçılıqdır və “tərk edilmiş əşyadır”