Mükafat 2015-ci ildə təsis olunub
Müsavat Partiyasının qərargahında dekabrın 28-də gənc siyasi fəal Nərgiz Yaqublunun xatirəsinə təsis edilən “Nərgiz mükafatı”nın təqdimetmə mərasimi keçirilib.
Mükafatın həbsdə olan bloger Mehman Hüseynova verildiyi elan edilib.
“Nərgiz mükafatı” 2015-ci ildə təsis olunub. Mükafat ilk dəfə olaraq hazırda həbsdə olan NİDA üzvü İlkin Rüstəmzadəyə verilib.
2016-cı ildə isə mükafata “heykəl məhbusları” kimi tanınan nidaçılar – Qiyas İbrahimov və Bayram Məmmədov layiq görülüb.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.
Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.
Mehman Hüseynov həbsinin onun fəaliyyəti ilə bağlı olduğunu
deyib.