Həbsdə olan ilahiyyatçı azadlığa buraxılıb

Vəkil: Etiraf etmək lazımdır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyində rəhbərlik dəyişikliyindən sonra peşəkarlığın və qanunun tələblərinə riayət olunmasının səviyyəsi nəzərə çarpacaq dərəcədə artıb

Source:
Vəkil Cavad Cavadov və Ceyhun Cəfərov
Vəkil Cavad Cavadov və Ceyhun Cəfərov
Vəkil Cavad Cavadov və Ceyhun Cəfərov
Vəkil Cavad Cavadov və Ceyhun Cəfərov


Vəkil: Etiraf etmək lazımdır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyində rəhbərlik dəyişikliyindən sonra peşəkarlığın və qanunun tələblərinə riayət olunmasının səviyyəsi nəzərə çarpacaq dərəcədə artıb

Sentyabrın 30-da ilahiyyatçı Ceyhun Cəfərov azad olunub. Bu barədə vəkil Cavad Cavadov “Fcaebook” səhifəsində məlumat paylaşıb.

“Bu gün bir il yeddi ay həbsdə saxlanılan hüquqlarını müdafiə etdiyim, Cinayət Məcəlləsinini 274-cü maddəsi ilə təqsirləndirilən Cəfərov Ceyhun Məmmədəli oğlunun barəsində məhkəmə qaydasında həbs qətimkan tədbiri istintaq orqanının təqdimatı əsasında dəyişdirildi və o həbsdən azad edildi”,-deyə vəkil Cavadov qeyd edib.

Vəkil Cavad Cavadov istintaqın Ceyhun Cəfərovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçdiyini əlavə edib.

“Etiraf etmək lazımdır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyində rəhbərlik dəyişikliyindən sonra peşəkarlığın və qanunun tələblərinə riayət olunmasının səviyyəsi nəzərə çarpacaq dərəcədə artıb. İstintaqın gedişi bizdə bu iş üzrə obyektiv qərar qəbul ediləcəyinə böyük ümidlər yaradır. İstintaq Təcridxanasında olan müsbət dəyişiklər barədə əvəllər də yazmışdım: telefonla zəng vurmaq və ailələrlə görüş hüququ təmin olunmuş, kameralara televizorların quraşdırılmasına başlanılmış və s.). İstintaqın gedişi bizde bu iş üzre obyektiv qerar qebul edileceyine böyük ümidler yaradır. Hazırki qerarın qebul olunmasına göre Dövlət Təhlüəsliyi Xidmətinin rəisi cənab Mədət Quliyevə, bu təşkilatın istintaq orqanına və müstəntiq Cavid Quluzadəyə Ceyhun Cəfərovun və onun ailəsinin adından təşəkkürümü bildirirəm”,-deyə vəkil Cavadov yazıb.

Ceyhun Cəfərov ilahiyyatçıdır. İslam Universitetində dərs deyib. Fəaliyyəti dini tədris həyata keçirmək və dini kitabların azərbaycan dilinə tərcüməsi çərçivəsindən ibarət olub. Onun fəal iştirakı ilə onlarla kitablar azərbaycan dilinə tərcümə edilib, bunlardan ən məşhurları: 20 cildən 7-si tərcümə olunan “Əl-Mizan” təsviri (müəllif: Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai) , “İslamda əxlaq” (müəllif Ayətullah Məhəmmədrza Məhdəvi Kəni) . Eyni zamanda, o bütün islam dünyasında böyük uğur və rəğbət qazanmış, SPACE telkanalında yayımlanmış “Həzrəti Yusif” filminin azərbaycan dilinə dublyaj olunmasının təşəbbüskarı və rəhbərlik edənlərdən biri idi. Bundan əlavə o bir sıra saytların yaradıcısı idi: “quranevi.az”, “tekamulteam.az”, “islamaz. com” və “imamzaman.az”.

Ana səhifəXəbərlərHəbsdə olan ilahiyyatçı azadlığa buraxılıb