Elçin Məmməd

Mənbə: arxiv

Başlıq: Elçin Məmməd

Həbsdə olan hüquq müdafiəçisinin vəziyyətinin pisləşdiyi deyilir

Məqalə yeniləndi:  9 İyun 2021

Anası: “İyunun 6-da günün ikinci yarısı huşunu itirib”

16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədin vəziyyətinin pisləşdiyi deyilir.

Məlumatı "Turan"-a Elçin Məmmədin anası Rəhilə Məmmədli bildirib.

R.Məmmədlinin sözlərinə görə, oğlu müalicə edilmədiyi üçün iyunun 6-da günün ikinci yarısı huşunu itirib. O, oğlunun hepatit C xəstəsi olduğunu söyləyib:

"Həbsindən sonra isə sağlamlığı tamamilə korlanıb. Elçin Məmməd Şüvəlan İstintaq Təcridxanasında antisanitar şəraitdə saxlanılıb. Həbsdə onun vena varikozu və prostat problemi yaranıb. Amma o, həbsxananın müalicə müəssisəsinə köçürülməyib”.

Azərbaycan Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü Səadət Bənənyarlı iyunun 9-da 16 saylı cəzaçəkmə müəssisəsi ilə əlaqə saxladığını bildirib. O deyib ki, hazırda Elçin Məmməd sanitariya hissəsindədir və vəziyyəti normallaşıb.

"Onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi məsələsinə baxılır",-Bənənyarlı söyləyib.

2020-ci il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi Elçin Məmmədi “oğurluqda” və “qanunsuz döyüş sursatı və silah saxlamaqda” təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib.

Elçin Məmməd 2020-ci ilin martından həbsdədir. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib.

E.Məmməd cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir. Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  9 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hsimji

Ən çox baxılan