Həbsdə olan AXCP fəalı aclığa başlayıb

“Azadlığa çıxmasına iki gün qalmış, karsa salınıb”

Source:


“Azadlığa çıxmasına iki gün qalmış, karsa salınıb”

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin, 16 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başladığı bidirilir.

Bu barədə onun oğlu Turan İbrahim məlumat verib.

O, bildirib ki, səhhəti pisləşib və təzyiqi normasında deyil.

Oğlu onun aclıq aksiyasına başlamasına səbəb kimi azadlığa çıxmasına iki gün qalmış “kars”a salındığını göstərib.

Məmməd İbrahim Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (xuliqanlıq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) ilə 2015-ci ilin 30 sentyabrında saxlanılıb.

Məmməd İbrahim 15 mart 2016-cı il tarixdə Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun hökmü ilə 3 il müddətinə azadlıqdan məhrub edilib. Bakı Apelyasiya Məhkəməsi (sədrlik edən hakim Əflatun Qasımov) isə 13 may 2016-cı il tarixdə bu hökmü qüvvədə saxlayıb.

M.İbrahim gözündən əziyyət çəkir. Yaxınları onun görmə qabiliyyətinin zəiflədiyini, buna görə əməliyyata ehtiyacı olduğunu

deyirlər

.

Lakin Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov qorxulu heç nə olmadığını

bildirib

.

Ana səhifəXəbərlərHəbsdə olan AXCP fəalı aclığa başlayıb