Həbs olunanlardan biri keçmiş futbolçudur

Camal Məmmədov futzal üzrə Azərbaycan millisinin şərəfini qoruyub

Source:


Camal Məmmədov futzal üzrə Azərbaycan millisinin şərəfini qoruyub

Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar şübhəli şəxs qismində həbs olunanlar arasında keçmiş futbolçular da var.

Komanda.az saytının məlumatına görə, haqqında həbs-qətimkan tədbiri seçilmiş 6 nəfərin arasında olan Camal Məmmədov 2013-cü ildə futbolçu karyerasını başa vurub.

Karyerası ərzində “Standart”, “İnter”, “Karvan”, “Turan” kimi klubların şərəfini qoruyan Camal Məmmədov futzal üzrə Azərbaycan millisinin də şərəfini qoruyub.

Hadisə ilə əlaqədar saxlanılan Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da keçmiş futbolçudur. Elşən İsmayılov AZAL və “Qəbələ” futbol klublarında oynayıb.

Avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Ana səhifəXəbərlərHəbs olunanlardan biri keçmiş futbolçudur