Əfqan Nağıyev

Mənbə: Foto: google.az

Başlıq: Əfqan Nağıyev

Həbs olunan genaral məhkəmə qarşısına çıxarıldı

4 aylıq həbs-qətimkan tədbiri seçildi

Mayın 14-də saxlanılan Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-leytenant Əfqan Nağıyev bir gün sonra məhkəmə qarşısına çıxarılıb. Bakı Hərbi Məhkəməsi onun barəsində istintaq getdiyi dövrdə onun həbsdə saxlanmasına qərar verib. Məhkəmə Ə.Nağıyev və onunla birlikdə tutulan Sahil Mühafizə Xidmətinin vəzifəli şəxslərinin barəsində prokurorluğun təqdimatını təmin edib. Onların hər birinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Nağıyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı nəticəsində saxlanılıb. Amma icra başçılarından fərqli olaraq, onların işi üzrə istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparacaq. Sərhədçilər hərbçi statusunda olduğuna görə yekunda onların işinə də hərbi məhkəmə baxıb hökm verəcək.

General Ə.Nağıyev və digər təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifədən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3 (külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Amma ittihamların mahiyyəti, onların özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.

DTX son 6 ayda Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayon icra hakimiyyətlərində, Mədəniyyət Nazirliyində əməliyyatlar keçirib. Həbs olunan icra başçıları, nazir müavini və digər vəzifəli şəxslər əsasən vəzifə cinayətlərində - mənimsəmə, rüşvət almaq və s. əməllərdə ittiham olunurlar.

Onların ailə üzvləri və ya vəkilləri ittihamlarla bağlı heç bir açıqlama verməyiblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/svlhsq

Ən çox baxılan