Həbs edilən cəbhəçilərin cəzaları azaldılıb

Tariyel Məlikzadənin Mehman Hüseynovu müdafiə etdiyi üçün həbs edildiyi bildirilir

Source:


Tariyel Məlikzadənin Mehman Hüseynovu müdafiə etdiyi üçün həbs edildiyi bildirilir

Yanvarın 23-də Salyan Rayon Məhkəməsi inzibati qaydada həbs edilmiş AXCP üzvlərinin apelyasiya şikayətinə baxıb.

25 sutka inzibati cəza alan AXCP Salyan rayon şöbəsinin üzvü Əlizamin Salayevin həbs müddəti 7 gün azaldılıb. 20 sutka cəza alan Tariyel Məlikzadənin həbs müddəti 4 gün azaldılıb.

Bloger Mehman Hüseynova dəstək aksiyasi keçirdikləri üçün rayon məhkəməsi

yanvarın 11-də

onları İnzibati Xətalar Məcəlləsinin (İXM) 513.1 (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında”) maddəsi ilə ittiham etmişdi.

Ana səhifəXəbərlərHəbs edilən cəbhəçilərin cəzaları azaldılıb