”Qiymətlərin ümumi səviyyəsi Azərbaycanda 14 faizə yaxın bahalaşdığı halda, Ermənistanda ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz qiymət artım qeydə alınıb”
AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev hökumətin apardığı qiymət siyasətinin ölkəni ağır duruma sürüklədiyini bildirib.
Nemət Əliyev “Facebook” səhifəsində yazıb ki, hökumət əhalinin pisləşməkdə olan sosial vəziyyəti haqda ciddi düşünməlidir.
İqtisadçı
Dövlət Statistika Komitəsi
nə istinad edərək bildirib ki, cari ilin yanvar-may dövründə ölkədə ərzaq mallarının qiymətləri 18 faizdən çox bahalaşıb:
“Halbuki ərazilərimiz işğalda saxlayan
Ermənistan
da ərzaq malları 4 faizə yaxın artıb. Bu il Ermənistanda hətta qeyri-ərzaq mallarının və xidmətlərin qiymətləri müvafiq olaraq 3,1 və 2,3 faiz ucuzlaşıb. Lakin Azərbaycanda qeyri-ərzağın və xidmətlərin qiymətləri uyğun olaraq 12,5 və 9,1 faiz yüksəlib”.
Onuz sözlərinə görə, qiymətlərin ümumi səviyyəsi Azərbaycanda 14 faizə yaxın bahalaşdığı halda, Ermənistanda ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz qiymət artım qeydə alınıb. Cari ilin yanvar-may aylarında hətta
Rusiya
da,
Belarus
da, Gürcüstanda bizdəki səviyyədə bahalaşna yaşanmayıb.
İqtisadçı hesab edir ki, hazırkı qiymətlər əmək haqqı, yardım, müavinət, təqaüd artımlarını üstələdiyinə görə əhalinin müflisləşməsinə səbəb olur. Odur ki, bu qiymət siyasətindən əhalinin xeyrinə təcili şəkildə imtina olunmalıdır:
“Qiymətlərin hazırkı səviyyəsini aşağı salmaq üçün kifayət qədər imkanlar vardır və bu imkanları hərəkətə gətirmək lazımdır. Düşmən ölkə ilə üz-üzə durduğumuzu unutmamalıyıq. Əhali müflis durumda olmamalıdır. Maddi-maliyyə cəhətdən imkanlı vəziyyətdə olmalıdır ki, qürurunu qoruya, özünü tuta bilsin”.