Havel Mükafatı Anar Məmmədlinin atasına təqdim edildi (VİDEO)

“Anar Məmmədli Prezidentin əlindədir. Mən fikirləşirəm ki, şəxsən Prezident özü bununla bağlı qərar verəcək və Anar azad olunacaq”.

Vatslav Havel Mükafatının 2013-cü ildə qalibi olan Belaruslu siyasi aktivist Ales Bialiatski Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı öz fikirlərini bildirir. O, deyir ki, Anar Məmmədli kimi onun da vaxtı ilə Belarusda həbs olunması siyasi məqsəd daşıdığından bu məsələ dünyadakı insan haqları ilə bağlı təşkilatların diqqət mərkəzindədir.

Sentyabrın 29-da Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Vatslav Havel Mükafatına layiq görülüb. Mükafatın təqdim edilməsi Cexiyanın paytaxtı Praqada    “İnsan Haqları 25 ildən sonra” adlı beynəlxalq konfransda reallaşdı. Anar Məmmədli həbsdə olduğundan mükafat atası Asəf Məmmədliyə təqdim edildi.

Vatslav Havel Mükafatını Avropa Şurası Parlament Assambleyası, Praqa Havel Kitabxanası və “Xartiya 77” Fondu birlikdə təsis edib. Mükafat fondu 60 min avrodur.

 Praqadan, Meydan TV üçün

Ana səhifəVideoHavel Mükafatı Anar Məmmədlinin atasına təqdim edildi (VİDEO)