Havanın temperaturu 25-27 dərəcəyə düşəcək

Sentyabrın 2-də yağış yağacaq, bəzi bölgələrdə leysan olacaq

Foto: arxiv
Hava
Hava


Sentyabrın 2-də yağış yağacaq, bəzi bölgələrdə leysan olacaq

Sentyabrın 2-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Havanın temperaturunun yarımadada gecə 20-23°, gündüz 24-27°, Bakıda gecə 21-23° isti, gündüz 25-27° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80% təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı ehtimal olunur.

Havanın temperaturunun gecə 18-23°, gündüz 25-30°, dağlarda gecə 13-17°, gündüz 18-23° isti olacağı gözlənilir.

Ana səhifəXəbərlərHavanın temperaturu 25-27 dərəcəyə düşəcək