Hava tutulacaq, duman olacaq

Bakıda 14-29 dərəcə isti gözlənilir

Source:


Bakıda 14-29 dərəcə isti gözlənilir

Mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti yayıb. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16°, gündüz 25-30°, Bakıda gecə 14-16°, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı – 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, günüz 45-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18°, gündüz 27-32°,  dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı gözlənilir.

Ana səhifəXəbərlərHava tutulacaq, duman olacaq