Şahmatçı öz saytında Vladimir Putini kəskin tənqid edib
Şahmat üzrə dünya çempionu Harri Kasparov şəxsi saytı
kasparov.ru
-ya müsahibə verib.
Kasparov müsahibəsində Rusiya prezidenti Vladimir Putini kəskin tənqid edib. O, Putin hakimiyyətdə olduqca, FİDE-də vəziyyətin düzəlməyəcyini bildirib.
Şahmatçı Azərbaycanla bağlı da danışıb. Keçmiş bakılı “Azərbaycanı öz vətəniniz sayırsızmı” sualına cavab verərəkən, bugünkü Azərbaycanla onu heç nəyin bağlamadığını qeyd edib:
“Bakını sonuncu dəfə 1990-cı ilin yanvarında tərk etmişəm. Sənədlərdə Azərbaycanda doğulduğum yazılsa da, mən SSRİ vətəndaşı sayılıram. SSRİ Rusiya imperiyasının təcəssümü idi. Mən paytaxtı Moskva olan bir ölkənin ərazisində doğulmuşam. Elə indi də bu ölkədə yaşayıram.
Mənim üçün rus dili və mədəniyyəti baza rolunu oynayıb. Bakı SSRİ-nin digər respublikalarından fərqlənirdi. O şəhərdə rus mədəniyyəti hakim idi. Bakı belə mədəniyyətlə imperiyanın cənubdakı mövqeyi hesab olunurdu. Pasportumda doğum yeri kimi Bakı göstərilsə də, bugünkü Azərbaycanla məni heç nə bağlamır və bağlaya da bilməz”.