Mənbə: Meydan.TV

"Hara gediriksə, kasıb olduğumuz üçün üzümüzə baxan yoxdur"

"Hara gediriksə, kasıb olduğumuz üçün üzümüzə baxan yoxdur"

Bu sözləri 3 uşağı və həyat yoldaşı ilə birlikdə Balaxanı qəsəbəsində birotaqlı evdə yaşayan Arzu Məmmədova deyir:

“Hər dəqiqə qorxuram ki, mənə nəsə olar, uşaqlarım yetim qalar. Çox çətinliklə dolanırıq”.

Onun sözlərinə görə, həyat yoldaşı hazırda yataq xəstəsidir. Amma maddi imkanları çatmır deyə yoldaşının dərmanlarını da ala bilmirlər. Qadının özü isə ürək xəstəliyindən əziyyət çəkir. 11 yaşında olan oğlu dəmir yığmaqla ailəni dolandırmağa çalışır:

“Balaca oğlum dəmirlikdə işləyir, çörək pulumuzu o gətirir. 3 uşaqla bir otağın içində qalmışam, yatmağa yerləri yoxdur. Yeməyimiz də, içməyimiz də, mətbəx də elə bir evin içindədir”.

Evlərində qaz yoxdur. Arzu Məmmədova deyir ki, aidiyyyəti qurumlar qaz çəkmək üçün ondan 1000 manat tələb edir:

“2008-ci ildən bu evdə yaşayıram, mən hələ qaz üzü görməmişəm. Bilmirəm qaz nə deməkdir, işıq nə deməkdir. Hökumət qaz çəkmək üçün məndən 1000 manat istəyir. Mənim də 1000 manatım yoxdur ki, mən gedim o qazı çəkdirim. Kimə də gedib ağız açıram deyir ki, pulunu gətir, qazı çəkdir. Mənim isə imkanım yoxdur. İmkansız, kasıb olduğumuza görə, hara gediriksə, üzümüzə də baxan yoxdur”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4n1bjr

Ən çox baxılan