“Hamıya məlumdur ki, bu, atamın siyasi fəaliyyəti ilə bağlıdır”(VİDEO)

Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın sədri Cəmil Həsənlinin qızı- Günel Həsənlinin apellyasiya şikayəti üzrə ilkin məhkəmə prosesi keçirilib. Prosesə Günel Həsənlinin işi üzrə ikinci vəkil-Adil İsmayılov da qoşulub. Cəmil Həsənlinin qızı bildirib ki, vəkil işə yeni qoşulduğundan, materiallarla tanış olması üçün hakimdən prosesi təxirə salmağı xahiş edib.

Yasamal Rayon Məhkəməsi ötən ilin sentyabr ayında baş vermiş avtomobil qəzası ilə bağlı bu ilin fevral ayında Günel Həsənlinin 1 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması ilə bağlı qərar verib . Professor Cəmil Həsənlinin qızı bu qərarı ədalətsiz hesab edir.

O, aldığı cəzanın atasının fəaliyyətli ilə bağlı olduğunu deyir.

Günel Həsənlinin işində zərərçəkmiş kimi Adilə İsmayılova göstərilsə də, qadın sonradan Meydan Tv-yə bildirib ki, o, ifadəsini təzyiq altında verib.

Ana səhifəVideo“Hamıya məlumdur ki, bu, atamın siyasi fəaliyyəti ilə bağlıdır”(VİDEO)