“Hamımız Cavidin yenidən kollektivə qoşulacağı günü gözləyirik”

Fariz Nəcəfov: “İnanıram ki, Cavidin günahı yoxdur”

Source:

Fariz Nəcəfov: “İnanıram ki, Cavidin günahı yoxdur”

“Topaz” Premyer Liqasının ilk turu çərçivəsində baş tutan “Qəbələ” – “Qarabağ” matçından sonra “qırmızı-qaralar”ın vitse-prezidenti Fariz Nəcəfov açıqlama verib.

Anspress-in məlumatına görə, o, açıqlamasında son vaxtlar gündəmi zəbt edən futbolçuları Cavid Hüseynovun adının jurnalist Rasim Əliyevin ölümündə hallanması məsələsinə münasibət bildirib.

Nəcəfov vəziyyətlə bağlı bunları deyib: “Cavid Hüseynovun məsələsində klubun meneceri Səbuhi Səfiyarlının adı hallanmır. Sadəcə, o, futbolçunu tək buraxmamaq üçün xəstəxanaya getmişdi. Allah Rasimə rəhmət eləsin, ailəsinə başsağlığı veririk. Heç xoşagələn hal deyil.

Öləndən sonra jurnalistin ailəsi ilə görüşməmişik. Çünki bu məsələnin kluba heç bir aidiyyatı yoxdur. Sizin vasitənizlə mərhumun ailəsinə bir daha başsağlığı verirəm. Cavid klubun futbolçusudur. Bibisioğlunun isə “Qəbələ”yə heç bir bağlılığı yoxdur. İnanıram ki, Cavidin də bu məsələdə heç bir günahı yoxdur. Baş verənləri hüquq-mühafizə orqanları araşdırır. İstintaqdan sonra hər şey məlum olacaq. Hamımız Cavidin yenidən kollektivə qoşulacağı günü gözləyirik”.

Ana səhifəXəbərlər“Hamımız Cavidin yenidən kollektivə qoşulacağı günü gözləyirik”