Haluk Levent azərbaycanlı uşağa dəstək üçün konsert planlaşdırır

Rok ifaçısı aidiyyatı qurumlara müraciət ünvanlayıb

Source: Google


Rok ifaçısı aidiyyatı qurumlara müraciət ünvanlayıb

Türkiyənin tanınmış rok ifaçısı Haluk Levent Azərbaycanın aidiyyatı dövlət qurumlarına müraciət edib.

O, “Twitter” vasitəsilə limfoma (qan xərçənginin bir növü-red) xəstəliyindən əziyyət çəkən 22 yaşlı Sura Nadirovaya kömək məqsədilə kampaniya keçirilməsinə təşəbbüs göstərib.

İfaçı Azərbaycanın aidiyyatı məsul şəxslərinə ünvanlanan müraciətində bildirib ki, Sura Nadirovaya Türkiyə vətəndaşı olmadığı üçün valilik izni verilməyib (vətəndaşlığın olmamasından dolayı oturum izni, iş izni, vergi ödəyicisi olmaması kimi məsələlərə görə qeydiyyatda olmamaqdır-red).

Əməliyyat üçün isə 400 min lirə (120 min manat) tələb olunur.

Müğənni bildirib ki, Bakıda izləyiciləri çoxdur, konsert təşkil olunsun, əldə edilən vəsait Sura Nadirovanın müalicəsinə xərclənilsin.

Haluk Levent Bakıda müxtəlif illərdə iki dəfə konsert proqramı ilə çıxış edib.

Xəstəlikdən əziyyət çəkən uşaqlara maddi yardım göstərmək üçün türk müğənniləri tez-tez belə kampaniyalar keçirir.

Hələlik Azərbaycan tərəfdən rok ifaçısının təşəbbüsünə dəstək verən yoxdur.

Ana səhifəXəbərlərHaluk Levent azərbaycanlı uşağa dəstək üçün konsert planlaşdırır