”Hakimlərin alınıb-satılmasına artıq tamaşa edə bilmirəm” (VİDEO)

“Karvan” Ticarət Mərkəzinin keçmiş icarədarları ölkə başçısı İlham Əliyevə müraciət edirlər. İcarədarlar deyir ki, 2013-cü ildə ticarət mərkəzində yanğın baş verən zaman onlara külli miqdarda ziyan dəyib. Ziyanın ödənilməsi ilə bağlı dövlət qurumlarına dəfələrlə müraciət etsələr də, pullarını ala bilməyiblər.

Hazırda bu işlə bağlı məhkəmələr davam etdirilir. Ali məhkəmə onların şikayətini təmin edib, iş Apellyasiya Məhkəməsinin icraatındadır. İcarədarlar “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədovun məsuliyyətə cəlb olunmasını və dəymiş ziyanın ödənilməsini tələb edirlər.

Ticarət mərkəzinin sahibi ilə əlaqə yaratmaq mümkün olmadı. Şirkətdə “rüsumçu” vəzifəsində çalışdığı deyilən İsməli Bayramovun vəkli Meydan TV-yə bildirdi ki, yanğıın təhlükəsizliyi üzrə cavabdeh şəxs kimi İsməli Bayramovu məsuliyyətə cəlb ediblər. O, 4 il 6 ay həbs cəzası alıb.

Vəkil bildirir ki, ticarət mərkəzinin sahibi Ağamirzə Əhədov da zərərçəkmişdir: “1 milyon yarım ona zərər dəyib. O, əvvəldən əmlaklarını siğortalayıb, lakin icarədarlar siğortalamayıb”. Vəkil əlavə edib ki, onların ziyanları dedikləri kimi 100 min ola bilməz.

“Karvan” Ticarət Mərkəzi yanandan sonra bərpa olunub, fəaliyyətini davam etdirir. Amma icarədarlar işsiz və banklara borcludurlar.

Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.

Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideo”Hakimlərin alınıb-satılmasına artıq tamaşa edə bilmirəm” (VİDEO)