“Hakimiyyətə təzyiq olmasa, heç nə dəyişməyəcək”

Politoloq Hikmət Hacızadə Viktoriya Nulandın səfərini şərh etdi

Source:


Politoloq Hikmət Hacızadə Viktoriya Nulandın səfərini şərh etdi

Amerika dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Azərbaycana səfəri zamanı rəsmi Bakı ilə demokratiya və insan haqları komissiyası yaradılacağı mesajını verdi. O, bu yöndə AŞPA baş katibi Yanqlandla da paralel işləyəcəklərini söylədi.

Amma politoloq Hikmət Hacızadə Viktoriya Nulandın səfəri ilə insan haqları və demokratiya istiqamətində hansısa dəyişikliklərin olacağını az ehtimal edir.

Hikmət Hacızadə Meydan TV-yə bu barədə danışarkən deyib ki, Nulandın Bakı səfərindən 1 gün sonra Leyla Yunusun həbs müddəti 5 ay uzadıldı: “Yaxud İntiqam Əliyevin məhkəmə prosesinin necə keçirildiyini siz jurnalistlər daha yaxşı bilirsiniz. Adətən təzyiq olmasa, ciddi dəyişiklik olmur, ya da hakimiyyət hansısa sənədə imza atır, vəssalam! Bununla heç nə dəyişmir. Hakimiyyət ne qədər sənədə imza atıb, amma götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bilirsiniz, hakimiyyətə qarşı  sanksiya lazımdır ki, bunların beyni dəyişsin. Bir Amerika rəsmisinin gəlişi ilə nəsə dəyişməyəcək”.

Politoloq hesab edir ki, Ukrayna hadisələri, geopolitik oyunlar Azərbaycanda demokratiya və insan haqları məsələsinə diqqəti azaldıb. “Əslində, Ukrayna olayları Azərbaycanda demokratiyanın pisləşməsinə gətirdi. Hakimiyyət qorxdu ki, demokratiya “nəfəsliyi” versə, Ukraynada olan etirazlarla qarşılaşar. Ona görə seçkilərə bir il qalmış həbslərə start verdi. Bütün hallarda hakimiyyətə ciddi təyiq olmasa, heç nə dəyişməyəcək”.

Ana səhifəXəbərlər“Hakimiyyətə təzyiq olmasa, heç nə dəyişməyəcək”