“Hakimiyyət xalqla üz-üzə qalacaq” (VİDEO)

Avqustun 20-də Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi Azərbaycanda gedən siyasi proseslərlə bağlı tədbir keçirib. Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib ki, mövcud rejim islahatlara getməli olacaq.

“Hakimiyyət siyasi partiyalarla, vətəndaş cəmiyyəti ilə yox, xalqla üz-üzə qalacaq. Çünki problem bu gün ən kasıb təbəqədən yuxarıya kimi – hamıya toxunur. İqtisadi böhran sosial böhranı gətirir. Arxasınca ortaya siyasi problemlər çıxır. Çünki siyasiləşmə prosesi başlayır cəmiyyətdə.


Tədbirdə mərhum jurnalist Rasim Əliyevin ölümü ətrafında baş verən məsələlərə də toxunulub.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva mərhum jurnalistin ölümü ilə bağlı futbolçu Cavid Hüseynovun və digərlərinin həbsini pozitiv qiymətləndirdiyini bildirir. Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə Cavid Hüseynovun  həbsinin onu təəccübləndirdiyini bildirib.


Tədbirdə həmçinin jurnalistlər bildirib ki, onlar maddi yardıma ehtiyacı olan siyasi məhbus hesab etdikləri şəxslərin ailələrinə kömək etməklə bağlı kampaniyaya başlamalıdırlar.

Ana səhifəVideo“Hakimiyyət xalqla üz-üzə qalacaq” (VİDEO)