D18 Hərəkatının İdarə Heyəti 26 sentyabrda keçiriləcək referendumla bağlı xalqa çağırış edib
Hərəkat, bu çağırışla referenduma ilk gündən etiraz edir:
“Müxalifətin bir arada olması üçün çalışsaq da obyektiv və subyektiv səbəblərdən bu birlik alınmadı. D18 “Respublika” təşviqat qrupuna qoşuldu. Təşviqat qrupu olaraq imzaları toplayıb MSK-ya təqdim etsək də, hakimiyyət müxalifətin yeganə təşviqat qrupunu qeydə almadı. Hakimiyyət bütün gücü ilə çalışır ki, referendumu gizli keçirib, xalqı və siyasi institutları prosesdən kənarda tutsun. Bizlər isə hakimiyyətin bu oyununu pozmalıyıq”.
“Cümhuriyyət dəyərlərinin qorunması üçün çalışmalıyıq”.
D18 Hərəkatı vətəndaşlara səslənərək onları ideoloji və siyasi düşüncəsini bir kənara qoyub, Cümhuriyyət dəyərlərinin qorunmasına çağırıb: “Biz susduqca problemlər həll edilmir. Əksinə, ölkəmiz uçuruma gedir. Birlik və həmrəylik göstərmək zamanıdır”.
D18 Hərəkatı hər kəsi Milli Şuranın 11, Müsavatın isə 18 sentyabrda keçirəcəyi mitinqdə aktiv olmağa çağırır: “Cümhuriyyət idealarını qorumaq üçün birlik nümayiş etdirməmiz şərtdir”.