“Hakimiyyət vətəndaş cəmiyyətinin məkanını daraldır”

Vaşinqton Bakını siyasi plüralizm üçün şərtlərin möhkəmləndirilməsi üzrə işə başlamağa, müstəqil KİV və vətəndaş cəmiyyəti üçün məkanı genişləndirməyə çağırır

Source:


Va


şinqton Bakını


siyasi pl


ü


ralizm


üçü


n


şə


rtl


ə


rin m


ö


hk


ə


ml


ə


ndirilm


ə


si


ü


zr


ə


i


şə


ba


ş


lama


ğ


a, m


ü


st


ə


qil K


İ


V v


ə


v


ə


t


ə


nda


ş


c


ə


miyy


ə


ti


üçü


n m


ə


kan


ı


geni


ş


l


ə


ndirm


ə


y


ə



ç


a


ğı


r


ı


r

ABŞ növbəti dəfə Azərbaycan hökumətini birləşmək və toplaşmaq, fikri ifadə etmək və vicdan azadlıqları sahəsində beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırıb.

“Turan İA”-ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu barədə ABŞ-ın ATƏT-də siyasi müşaviri Kristofer Robinsonun mayın 5-də Vyanada ATƏT Daimi Şurasında səsləndirdiyi “Azərbaycanda insan hüquqlarının davam edən pozuntuları” adlı bəyanatda bildirilir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin “vergi ödənişindən yayınma və qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi şübhəli ittihamlarla” 5 il yarım müddətinə həbs edilməsi haqqında 26 may tarixli qərar Vaşinqtonu “çox narahat edir”.

Hakimiyyət həmçinin təşkilatın ictimai direktorunu və tərəfdaş QHT-nin rəhbərini də şübhəli ittihamlarla mühakimə edib. “Bu əməllər, o cümlədən digər son tədbirlər Azərbaycanın dostlarını hökumətin səmimiliyi, demokratik inkişafa sadiqliyi haqqında düşünməyə vadar edir. Biz həmçinin hakimiyyətin SDİ direktoru Leyla Yunusun və onun həyat yoldaşının saxlanılmasından, pasportlarının əllərindən alınmasından, onlara qarşı sonrakı təzyiqlərdən narahatıq, bu, onların Börndə hüquq müdafiə konfransında iştirakına mane olub. Onun və jurnalist Rauf Mirqədirovun barəsində istintaq Azərbaycan vətəndaş cəmiyyətinə, xüsusən Qarabağ münaqişəsinin dinc yolla həllinə yardım etmək istəyənlərə mənfi təsir göstərir. Biz Azərbaycandakı dostlarımızı ölkəsinin insan hüquqları və əsas azadlıqları sahəsində aparıcı rolunu geri qaytarmağa çağırırıq”.

Sənəddə daha sonra bildirilir ki, Azərbaycan və ABŞ enerji tədarükü yollarının müxtəlifləşdirilməsinə və regional təhlükəsizliyə yardıma sadiqdir: “Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi beynəlxalq ictimaiyyətdə böyük məsuliyyət nəzərdə tutur və ABŞ demokratiyanın və insan hüquqlarının və əsas azadlıqlarının inkişaf etdirilməsinə kömək etməyə hazırdır”.

Kristofer Robinson təəssüflənir ki, vətəndaş cəmiyyətinin Azərbaycanda işləyə biləcəyi məkan əvvəlki kimi hakimiyyət tərəfindən daralır və bu təmayül getdikcə pisləşir ki, bu da regionda hərtərəfli təhlükəsizliyi təhlükəyə atır: “Azərbaycan demokratik inkişaf və uzunmüddətli sabitlik üçün həlledici əhəmiyyət daşıyan daha açıq cəmiyyət yaradaraq, sabitliyi və çiçəklənməni ən yaxşı şəkildə təmin edə bilər. Biz Azərbaycan hökumətini siyasi plüralizm üçün şərtlərin möhkəmləndirilməsi üzrə işə başlamağa və müstəqil KİV və vətəndaş cəmiyyəti üçün məkanı genişləndirməyə çağırırıq”.

Ana səhifəXəbərlər“Hakimiyyət vətəndaş cəmiyyətinin məkanını daraldır”