Ən qısa 2-ci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulması vacibdir
“İnternet Forum” İctimai Birliyi bildirib ki, noyabrın 16-da bütün ölkə ərazisində İnternet təchizatı sahəsində ciddi problemin olması ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhlükədir.
Forumun bəyanatında deyilir ki, baş verən hadisə onu göstərir ki, atılan addımlar yetərli deyil və ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir.
“Hökumət baş verənlərin təkrarlanmaması üçün dərhal ciddi tədbirlər görməli, bu sahədə rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması üçün tədbirlər görməlidir. İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin əsas tərkib hissəsidir”, – sənəddə qeyd olunur.
“İnternet Forum” bu kimi halların bir daha təkrarlanmaması üçün ən qısa 2-ci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulmasının vacib olduğunu diqqətə çatdırır.
Hakimiyyət qəzanın səbəbləri və miqyası barədə açıqlama verməyib. DİN və FHN-in məlumatlarında Delta-Telekom-un texniki mərkəzində yanğınla bağlı xatırlatma yoxdur.
Rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini icra edən İltimas Məmmədov isə gülünc bəyanat verərək Azərbaycanda İnternetlə bağlı problemin olmadığını bildirib.
Eyni zamanda, çoxsaylı dövlət və kommersiya qurumları ciddi problemlərin, xüsusən ödəniş sistemlərində problemlərin olduğunu bildiriblər ki, bu da müştərilərin pullarının itirilməsinə səbəb olub.
Güc qurumlarındakı məlumatlı mənbələr isə terror aktı versiyasını istisna etmirlər (
Turan İA
).