”Hakimiyyət həbslərlə gənclərin aktivləşməsinin qarşısını almağa çalışır”

Daha 4 nəfər gəncin saxlanıldığı bildirilir

Source:
foto sosial şəbəkə


Daha 4 nəfər gəncin saxlanıldığı bildirilir

Fevralın 20-də D18 Hərəkatının üzvü Qadir Ağakişiyev Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 30 sutka həbs edilib. Məlumatı D18 Hərəkatının rəhbəri Ruslan İzzətli “Amerikanın Səsi”nə verib. O, Qadir Ağakişiyevin həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib:

“Hakimiyyət həbslərlə gənclərin aktivləşməsinin qarşısını almağa və qorxu sistemini möhkəmləndirməyə çalışır. Bu addımlar əks effekt verir və gənclər daha da aktivləşirlər”.

Daha bir müxalifət fəalı Namiq Abbasəliyev də Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölmәsinə aparılıb. O, polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir.

Gənc fəal Tabriz Mirzəyev və Elçin Səmədovun da saxlanıldığı deyilir. Mülki geyimli polis əməkdaşlarının onları “Fəvvarələr meydanı”ndan Səbael rayon 9-cu polis bölməsinə apardığı bildirilir.

Son günlər bir neçə fəal inzibati qaydada həbs edilib. Onlara 20-30 sutka həbs verilib.

Hüquq mühafizə orqanları həbs və saxlanılmalarla bağlı  açıqlama verməyib.

Ana səhifəXəbərlər”Hakimiyyət həbslərlə gənclərin aktivləşməsinin qarşısını almağa çalışır”