”Hakimiyyət Gürcüstanda özünə qarşı müxalifət istəmir”

Tbilisidə Fərman Ceyranlının həbsinə etiraz aksiyası keçirilib

Source:


Tbilisidə Fərman Ceyranlının həbsinə etiraz aksiyası keçirilib

İyulun 24-də Tbilisidə parlament binasının qarşısında “Lanset” klinikasının həmtəsisçisi Fərman Ceyranlının həbsinə görə etiraz aksiyasi keçirilib.

“Turan” yazır ki, aksiyada Gürcüstanda yaşayan azərbaycanlılar və yerli media orqanları iştirak ediblər. Etirazçılar “Fərman Ceyranlıya azadlıq!”, “Ədalətli məhkəmə!”, “Siyasi həbslərə yox”! sözləri yazılmış plakatlar qaldırıblar.

F. Ceyranlının qardaşı Mübariz Hüseynov çıxış edərək bu həbsin qanunsuz olduğunu, qardaşının absurd maddələrlə ittiham edildiyini və məhkəmənin ədalətli hökmünə qədər aksiyaların davamlı olacağını bildirib.

Sonra Gürcüstanda yaşayan siyasi fəal Daşqın Ağalarlı danışıb. Bildirib ki, F. Ceyranlının həbsi Əliyev rejiminin Gürcüstan Respublikasından “Gürcüstanda Azərbaycan hakimiyyətinə qarşı müxalifət istəmirəm…” tələblərindən sonra həyata keçirilən ilk həbsdir.

Fərman Ceyranlı sonuncu məhkəmədə çıxış edərkən müxalifətçi olmadığını, xəstəxanada müayinə olunanların siyasi baxışlarına görə fərq qoyulmadığını və Azərbaycan hakimiyyətinin xahişi ilə həbs olunduğunu bildirib.

Ana səhifəXəbərlər”Hakimiyyət Gürcüstanda özünə qarşı müxalifət istəmir”