Hakimiyyət ”Gül bayramı”na hazırlıqlara başladı

Bakıda növbəti “Gül bayramı”na hazırlıq işləri başlayıb.

Source:


Bakıda növbəti “Gül bayramı”na hazırlıq işləri başlayıb.


Virtualaz.org

 xəbər verir ki, hər il mayın 10-da keçirilən bayram tədbirinə hazırlıq məqsədilə Mərkəzi Bankın qarşısında yerləşən Heydər Əliyev parkına giriş bağlanıb. Parkda güllərdən müxtəlif kompozisiyaların hazırlanması üçün lazım olan konstruksiyalar quraşdırılır.

Heydər Əliyevin parkda yerləşən heykəlinin ətrafına xüsusi qurğular quraşdırılıb və heykəl də güllərlə bəzədiləcək.

10 günə yaxındır ki, davam edən hazırlıq işləri mayın 9-na qədər yekunlaşacaq. Həmin gün möhtəşəm açılış baş tutacaq. Bir neçə gün ərzində parkda güllərin nümayişi davam edəcək.

Bayramın turistlərin də diqqətini cəlb etməsi üçün daha möhtəşəm təşkil olunacağı bildirilir.

Ana səhifəXəbərlərHakimiyyət ”Gül bayramı”na hazırlıqlara başladı