Hakimiyyət Fransanın “France 2” dövlət telekanalını məhkəməyə verəcək

Olivye Prado: “Proqram boyu Azərbaycan lideri heç bir sübut göstərilmədən qafqazlı “despot” və “diktaror” kimi təqdim edilib”

Source:


Olivye Prado: “Proqram boyu Azərbaycan lideri heç bir sübut göstərilmədən qafqazlı “despot” və “diktaror” kimi təqdim edilib”

Azərbaycan hakimiyyəti Fransanın  “France” 2 dövlət telekanalına qarşı iddia qaldırmaq niyyətindədir. Belə ki, telekanalın nümayiş etdirdiyi jurnalist araşdırmasında Azərbaycan “diktarura”, prezident İlham Əliyev isə “despot” adlandırılıb.

Bu barədə sentyabrın 9-da  “France-Presse” agentliyi vəkil Olivye Pradoya isnadən xəbər yayıb.

Jurnalistlər Eliz Lüse və Loran Rişar proqramın əvvəlində Azərbaycanı dünyadakı ən sərt diktaturalardan biri kimi təqdim edirlər. Bunu Azərbaycan hökumətinin fransalı vəkili Olivye Prado agentliyə deyib.

Sentyabrın 8-də “France 2” həftəlik “Cash Investigation” araşdırma proqramı çərçivəsidə Fransa prezidenti Fransua Ollandın 2014-cü ilin yazında Azərbaycana səfərinə dair süjet göstərib.

Azərbaycanda çəkilişdən sonra fransalı jurnalistlərin çəkdikləri materiallar, əsasən müxalifətçi fəallar və hüquq müdafiəçiləri ilə müsahibələri əllərindən alınıb.

“Proqram boyu Azərbaycan lideri heç bir sübut göstərilmədən qafqazlı “despot” və “diktaror” kimi təqdim edilib, – vəkil vurğulayıb.

O.Pradonun sözlərinə görə, Azərbaycan buna göz yummaq niyyətində deyil və ona böhtan atanların hamısını məhkəməyə verəcək (Turan İA).

Ana səhifəXəbərlərHakimiyyət Fransanın “France 2” dövlət telekanalını məhkəməyə verəcək