”Hakimiyyət düşünüb ki, Lapşin azərbaycanlı məhbuslar kimi susacaq”

Hikmət Hacızadə: ”Azərbaycan cəmiyyəti Lapşinin yazdıqlarına önəm verməməlidir”

Source:


Hikmət Hacızadə: ”Azərbaycan cəmiyyəti Lapşinin yazdıqlarına önəm verməməlidir”

Azərbaycanın Rusiyada sabiq səfiri, siyasi icmalçı Hikmət Hacızadə sentyabrın 11-də əfv olunan bloger Aleksandr  Lapşinin rəsmi Bakını yenidən hədəfə almasını təbii hesab edir.

Hikmət Hacızadə Aleksandr Lapşinin Azərbaycan hakimiyyətini sərt tənqid edəcəyini gözlədiyini də deyir:

“Məsələyə mədəniyyətlər arasındakı fərqlər prizmasından baxmaq lazımdır. Türk-islam dünyası utancaqlıq mədəniyyətinə malikdirsə, Qərb aləmi vicdana bağlıdır. Burda vəziyyət belədir, əgər Şərqdə sən bir ayıb əməl etdinsə, artıq günahkarsan, sus, danışma. Türk-islam dünyasında adamı ayıb, pis iş görməyə məcbur edirlərsə, o, sonradan bunun barəsində yazmır, Qərbdə əksinə olur, danışır, yazır, yəni susmur. Adi bir misal, Azərbaycan həbsxanalarında peşmanlıq ərizəsi yazdırırlar, ümummilli liderin məzarı, yaxud heykəli önünə aparırlar ki, adam sonra danışmasın. Ancaq Qərbdə hər şey vicdana, mədəniyyətə söykənir və bunun əsasında qanunlar, qaydalar yaradılıb. Cenevrə Konvensiyası var, sənədə əsasən həbsdə insan nə qələt edibsə, bu, sayılmır. Çünki onu orda məcbur edə bilərlər, ona görə susmayıb danışmaq onun haqqıdır”.

H.Hacızadə güman edir ki, Azərbaycan hakimiyyəti də Aleksandr Lapşinə nəyisə məcbur edəndə, bu adamın tamam fərqli mədəniyyətə malik olduğunu ağıllarına gətirməyib. Düşünüb ki, azərbaycanlı məhbuslar kimi susacaq:

“Əslində, Lapşin prezidentə peşmanlıq müraciəti yazanda içində alçalmamışdı, sınmamışdı, çünki azad olunandan sonra hər şeyi aşkar şəkildə danışacağını bilirdi və bu, onun düşüncə tərzidir, mədəniyyət və vicdan məsələsidir. Azərbaycanlı olsa, utanar, deyər ki, ərizə, əfv yazmışam, olmaz. Qərb dünyagörüşündə isə belə yanaşmırlar, çünki Cenevrə Konvensiyası var, əgər mənə zorla müraciət yazdırmısınızsa, bu, mənim azad iradəmin məhsulu deyil, gördüklərimi, yaşadıqlarımı  gizli saxlamayacam, danışacam”.

Aleksandr Lapşin

H.Hacızadə hesab edir ki, Azərbaycan cəmiyyəti Aleksandr Lapşinin yazdıqlarına xüsusi önəm verməməlidir:

“Bu adam orta səviyyəli düşüncə tərzinə malikdir, yazdıqlarından da yüksək intelektuallıq gözləməyə dəyməz”.

Sentyabrın 11-də Prezident İlham Əiyev bloger Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.

A.Lapşin 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə həbs edilib və Bakıya verilib. Ona qarşı dövlət sərhəddini qanunsuz keçmək və dövlət əleyhinə çağırışlar ittihamı üzrə cinayət işi qaldırılıb.

Avqustun 14-də 3 il müddətinə azadlıqdan məhrum edilib.

Əfv olunandan sonra İsrailə gedən A.Lapşin Azərbaycan hakimiyyətini sərt tənqid edib və həbsxanada işgəncəyə məruz qaldığını iddia edib.

Azərbaycan hakimiyyətinin rəsmiləri blogerin iddialarına reaksiya verməyib.

Ana səhifəXəbərlər”Hakimiyyət düşünüb ki, Lapşin azərbaycanlı məhbuslar kimi susacaq”