“Hakimin qərarı gözlənilən idi”

Əvəz Zeynallının vergi cəzası Apellyasiya Məhkəməsində də dəyişdirilmədi

Source:


Əvəz Zeynallının vergi cəzası Apellyasiya Məhkəməsində də dəyişdirilmədi

Sentyabrın 8-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun sədrliyilə iddiaçı Əvəz Zeynallının, cavabdehlər AR Vergilər Nazirliyinə və AR Vergilər Nazirliyi yanında Vergi Audit Departamenə qarşı “N saylı, 22.02.2012-ci il tarixli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə” iddia tələbinə baxılıb.

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı məhkəmədə iştirak etməyib.

Vəkil Elçin Sadıqov Meydan TV-yə bildirib ki, məhkəmə qərardaddan şikayəti təmin etməyib. Hakim qərardan şikayətə baxılması üçün oktyabrın 30-a məhkəmə təyin edib. E.Sadiqov Ə.Zeynallının məhkəmədə iştirakının təmin olunması üçün hakimə ərizə yazmalı olduğunu bildirib, bundan sonra onun məhkəmədə iştirakının təmin olunması məsələsinə baxılacağını qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistə 9 il azadlıqdan məhrumetmə cəzası çıxarılarkən həmin akta da istinad olunub və məhkəmə hökmündə Əvəz Zeynallıdan 4076 manat vergi borcunun tutularaq, dövlət büdcəsinə ödənilməsi tələbi əksini tapıb.

Vəkil Elçin Sadıqov səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə vəsatətlərin təmin olunmaması məsələsinə münasibət bildirərkən deyib: “Hakimin bu qərarı gözlənilən idi”.

Ana səhifəXəbərlər“Hakimin qərarı gözlənilən idi”