Hakim vəkilin cəzalandırılmasını istəyir

Yalçın İmanov: ”Məhkəməyə heç bir hörmətsizlik etməmişəm”

Source:
Vəkil Yalçın İmanov
Vəkil Yalçın İmanov
Vəkil Yalçın İmanov
Vəkil Yalçın İmanov


Yalçın İmanov: ”Məhkəməyə heç bir hörmətsizlik etməmişəm”

Fevralın 12-də Nərimanov Rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin işinə baxan hakim Turqay Hüseynov vəkil Yalçın İmanovun cəzalandırılması üçün Vəkillər Kollegiyasına şikayət edəcəyini bildirib.

Bu barədə Meydan TV-yə danışan Vəkil İmanov deyib ki, məhkəmədə şahid qismində Aqşin Haqverdiyev dindirilib. O, Məmməd İbrahimin heç kimi döymədiyini, əksinə, onun özünü döyməyə çalışıb söydüklərini bildirib. Həm də dindar olduğunu vurğulayaraq yalan danışmayacağını deyib: “Şahid iş üzrə zərərçəkmiş qismində tanınan və Məmməd İbrahimlə Mikayıl Quliyevi ayırarkən ziyan çəkdiyi iddia olunan Məhəmməd Qurbanov və Oruc Vəliyev adlı şəxslərin, əslində, orada olmadıqlarını da vurğulayıb”.

Daha sonra vəkil Yalçın İmanov həm Aqşin Haqverdiyevin, həm də ötən iclasda dindirilmiş Vüqar Abbasovun ifadələrində Mikayıl Quliyevin zərbələrinə məruz qalmaları barədə dediklərini nəzərə alaraq, onun barəsində tədbir görülməsi üçün xüsusi qərar çıxarılıb hüquq-mühafizə orqanlarına göndərilməsinə dair vəsatət qaldırdı.

Daha sonra vəkil Yalçın İmanov məhkəmə və dövlət ittihamçısının vəsatətlərə formal yanaşdığını, məsələnin mahiyyətinə varmadıqlarını vurğulayıb. Hakim Turqay Hüseynov isə bunu məhkəməyə hörmətsizlik kimi qiymətləndirib və Yalçın İmanovun intizam məsuliyyətinə cəlb olunması üçün Vəkillər Kollegiyasına müraciət barədə qərar qəbul edib.

Vəkil Yalçın İmanov prosesdən sonra Meydan TV-yə bildirib ki, məhkəməyə heç bir hörmətsizlik etməyib: “Sadəcə, məhkəmənin müdafiə tərəfinin vəsatətlərinə obyektiv yanaşıb, müzakirə etmədiyini, daim dövlət ittihamçısı ilə eyni mövqedən çıxış etdiyini, formalizm nümayiş etdirdiyini demişəm. Buna görə də hakim o cür qərar qəbul etdi”.

Ana səhifəXəbərlərHakim vəkilin cəzalandırılmasını istəyir