Hakim Fərhad Kərimov vəkillərdən şikayət edib

Elçin Sadıqov: Ortada sifariş var, yoxsa qanunları bilən biri olaraq o belə etməzdi

Source:


Elçin Sadıqov: Ortada sifariş var, yoxsa qanunları bilən biri olaraq o belə etməzdi

Ali Məhkəmənin hakimi Fərhad Kərimov vəkillər Elçin Sadıqov və Bəhruz Bayramov barəsində intizam icraatının başlanılması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət edib. Müraciət intizam komissiyasına verilib.

Bu barədə vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yazıb.

Müraciətin mətni isə ondan ibarətdir ki, 27 oktyabr 2015-ci il tarixdə iclas keçirilməsi barədə vəkillərin məlumatı olmasına və bu barədə internetdə məlumatlar yaymaqlarına baxmayaraq kassasiya baxışında iştirak etməyiblər

“Halbuki, 23 oktyabr tarixdə Bakı şəhəri 7 saylı poçt şöbəsi vasitəsilə hakim Fərhad Kərimova SS255154320AZ saylı məktubla müraciət edərək xahiş etmişəm ki, Pərviz Həşimlnin məhkəmədə iştirakını təmin etsin və bu məqsədlə 27 oktyabra təyin edilmiş məhkəmə iclasını təxirə salsın. 27 oktyabrda saat 09.30-da hakimin köməkçisi (telefon danışıqları durur) ilə əlaqə saxlamışam və o bildirib ki, ərizəm məhkəməyə daxil olub və məhkəmə iclasında müzakirə olunacaq. Təxirə salınmasını xahiş etdiyim məhkəmədə nə üçün iştirak etməliyəm? Bundan başqa Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM-nin) 419.2-ci maddəsinə əsasən kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması kassasiya instansiyası məhkəməsi tərəfindən 3 hakimdən ibarət tərkibdə həyata keçirilir. Kassasiya şikayəti vermək hüququ olan şəxslər və kassasiya instansiyasında ittiham tərəfi təmsil edən dövlət ittihamçısı məhkəmənin iclasında iştirak etmək hüququna malikdirlər”,-deyə vəkil Sadıqov bildirib.

Vəkil daha sonra əlavə edib ki, onların kassasiya baxışında iştirakı məcburi xarakter daşımır və iclasda iştirak etmək onun hüququdur. CPM-nin 419.4-cü şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir: “Həmişə daxilən inanmışam ki, Ali Məhkəmədə vəkilin iştirakı qəbul ediləcək qərara təsir etmir, əsas hər şeyi şikayətdə yazmaqdı. Pərviz Həşimlinin işi üzrə 16 səhifəlik kassasiya şikayəti yazmışam, o qədər yazı kassasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsinə kömək etmədisə mənim həmin iclasda 10 dəqiqəlik çıxışım nəyi dəyişdirəcəkdi? Doğrusu, mən Fərhad Kərimovu normal hakim kimi tanıyıram. Görünür, ortada sifariş var, yoxsa qanunları bilən biri olaraq o belə etməzdi”.

Ana səhifəXəbərlərHakim Fərhad Kərimov vəkillərdən şikayət edib