Hakim: Elbəyi Həsənli Gülağa Aslanlıdan üzr istəsin

Nizami Rayon Məhkəməsi Müsavat Partiyasının Elbəyi Həsənliyə qarşı iddiasını təmin edib

Source:
Elbəyi Həsənli, foto: sosial şəbəkə
Elbəyi Həsənli, foto: sosial şəbəkə
Elbəyi Həsənli, foto: sosial şəbəkə
Elbəyi Həsənli, foto: sosial şəbəkə


Nizami Rayon Məhkəməsi Müsavat Partiyasının Elbəyi Həsənliyə qarşı iddiasını təmin edib

Nizami Rayon Məhkəməsi Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülaga Aslanlının “Yeni Müsavat” qəzetinin sabıq əməkdaşı Elbəyi Həsənliyə qarşı iddiasını təmin edib. Bu haqda “bastainfo.com” saytı yazıb.

Məhkəmənin qətnaməsində deyilir ki, E.Həsənli iddiaları ilə bağlı məhkəməyə dəlil təqdim edə bilməyib və bununla da, G.Aslanlının şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna zərər vurub.

G.Aslanlı məhkəməyə ünvanladığı şikayətində E.Həsənlidən işgüzar nüfuzuna vurduğu zərərə görə 1 manat təzminat tələb edib. Müsavat rəsmisi iş üzrə ödədiyi 10 manat dövlət rüsumunun E.Həsənlidən tutulmasını istəyib.

Məhkəmə qərarında o da qeyd olunub ki, “facebook” səhifəsində, “meydan.tv”, “news.lent.az”, “pia.az”, “online.express.az”, “teleqraf.com”, “news.day.az”, “musavat.com” saytlarında dərc olunan məqalələrlə bağlı “Təkzib” başlığı altında eyni şriftlə eyni həcmdə təkzib verilməli, E.Həsənli G.Aslanlıdan üzr istəməlidir.

“”ANS ÇM Yayım və Media” şirkətinə məxsus olmuş “anspress.com”saytında dərc olunan “İsa Qəmbərlə şəkil çəkdirmək istəyənlərə fərqli qiymət oxunur: 1500-2000 manat” başlıqlı yazıya görə isə “teleqraf.com” saytında təkzib verilsin”,- qərarda deyilir.

Qətnamədə qeyd olunur ki, E.Həsənli Nizami Rayon Məhkəməsinin qərarından bir ay müddətinə apellyasiya şikayəti verə bilər.

E.Həsənli 2015-ci ilin iyununda qeyd olunan saytlarda Müsavat Partiyası rəhbərliyini Avropa ölkələrinə pul müqabilində mühacir göndərməkdə günahlandırıb.

Müsavat Partiyası ittihamları qəbul etməyib.

Ana səhifəXəbərlərHakim: Elbəyi Həsənli Gülağa Aslanlıdan üzr istəsin