“Hafka” kimi tanınan iş adamı həbs olunub (yenilənib)

Hafiz Məmmədov, Benker.az

Hafiz Məmmədov yanvarın 27-də günün ikinci yarısında saxlanılıb və 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. İş adamının vəkili Orxan Cəfərbəyli APA-ya deyib ki, həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib. Vəsatətə gələn həftə baxılacağı gözlənilir.

***

16.09. İş adamı Hafiz Məmmədov məhkəmə qərarına münasibət bildirib.

Hafiz Məmmədov “qaynarinfo.az”ya borcu olduğunu, ansaq ödədiyini deyib:

“Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

Hafiz Məmmədov indiyə qədər şirkətlərinin vergi borcu olmadığını da deyib:

“Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.

***

Hafiz Məmmədov axtarışa verilib

“Hafka” kimi tanınan iş adamı, lisenziyası ləğv olunan “Bank of Azerbaijan”ın, “Baghlan Group” və bir sıra başqa böyük şirkətlərin sahibi Hafiz Məmmədov axtarışa verilib. Yasamal Rayon Məhkəməsində onun haqqında qiyabi həbs qərarı çıxarılıb.

Onun barəsində cinayət işinin istintaqı Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində aparılır. Hafiz Məmmədovun rəhbərlik etdiyi şirkətlərin böyük məbləğdə vergi borcları var.

Bununla əlaqədar cinayət işi başlanıb. İddia olunur ki, Hafiz Məmmədov istintaqa çağırılsa da, gəlməyib və nəticədə onun haqqında axtarış qərarı çıxarılıb.

Hazırda məhkəmələrdə Hafiz Məmmədov və ailə üzvlərinə qarşı çoxsaylı məhkəmə iddiaları var. Həmin iddiaların bir çoxunda Məmmədovlara məxsus əmlakların müsadirəsi tələb olunur.

Ana səhifəSiyasət“Hafka” kimi tanınan iş adamı həbs olunub (yenilənib)