525 nəfərin həlak olduğu bildirilir
“İşğaldan azad edilən ərazilərdə elə yerlər var ki, ermənilər orada hər kvadratmetrdə 10-dan çox mina basdırıblar”.
Bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev martın 25-də keçirdiyi mətbuat konfransında deyib.
Bu barədə "Report.az" xəbər yayıb.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, Qarabağ münaqişəsi dövründə Azərbaycanda 3 000-ə yaxın vətəndaş minaya düşüb.
Onun sözlərinə görə, onlardan 525 nəfəri həlak olub: "Vətən müharibəsi dövründə minaya düşənlərlə bağlı rəqəm hələ məlum deyil, çünki bu məsələ hələ də araşdırılır. Minalanmış xəritələrin verilməsi mülki vətəndaşların bədbəxt hadisələrindən vaxtında qorunmasına şərait yaradacaq”, – deyə Səfixanov vurğulayıb.